Dünya

Boliviya və Paraqvay arasında 88 illik sərhəd demarkasiyası başa çatdı

16 Sep 2026, 23:45 3 baxış
Boliviya və Paraqvay arasında 88 illik sərhəd demarkasiyası başa çatdı
Boliviya və Paraqvay dövlətləri arasında sərhədlərin demarkasiyası prosesi yekunlaşıb. Bu prosedur 1932-1935-ci illərdə baş vermiş Çako müharibəsinin ardınca, 1938-ci ildən bəri davam edirdi. Oxu.Az xəbər verir ki, bu barədə EFE agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Boliviyanın La-Pas şəhərində qəbul edilən qərar 88 illik tarixi prosesin zirvəsidir. Bu qərar sayəsində Paraqvay-Boliviya sərhədinin tam uzunluğu təsdiqlənərək qeydiyyata alınacaq. Bu isə iki ölkə arasındakı münasibətlərdə mühüm tarixi addım olacaq. İki ölkəni ayıran sərhədin ümumi uzunluğu 742 kilometr təşkil edir ki, bunun da 38 kilometri çayların payına düşür. 1938-ci ilin iyul ayında tərəflər arasında imzalanmış Sülh, Dostluq və Sərhədlər haqqında Müqaviləyə əsasən, Sərhədlərin Demarkasiyası üzrə Birgə Komissiya təsis edilib və elə həmin ilin dekabrında fəaliyyətə başlayıb. Tarixçilərin hesablamalarına görə, XX əsrdə Cənubi Amerikada baş vermiş ən böyük silahlı münaqişə sayılan Çako müharibəsində 50 min boliviyalı və 40 min paraqvaylı həyatını itirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər