İdman
101-ci yerdən başladı, hamını keçdi: Ferstappendən inanılmaz yarış - VİDEO
"Formula-1" üzrə dördqat dünya çempionu Maks Ferstappen "Silverstoun" avtodromunda keçirilən "Max vs 100" kartinq yarışında qələbə qazanıb. Oxu.Az "Sport Express" nəşrinə istinadən xəbər verir ki, niderlandlı pilot mübarizəyə sonuncu - 101-ci yerdən başlayıb və 35 dəqiqə ərzində bütün 100 rəqibini geridə qoyub.
İlk dövrədəcə 63 sürücünü ötən Ferstappen 15 dəqiqədən sonra artıq yeddinci pilləyə yüksəlib. Niderlandlı reqlamentlə nəzərdə tutulan 30 dövrədən 14-cüsündə liderliyi ələ keçirib. Yarışın sonunda liderlik edən rəqiblərə qısa dövrə vurmaq imkanı verilsə də, bu da onun birinci yerdə finiş etməsinə mane ola bilməyib. Qeyd edək ki, Ferstappenlə birlikdə yürüşdə həvəskar pilotlar iştirak ediblər.

Mənbə
oxu.az