Kriminal
Lənkəranda TIR mikroavtobusla toqquşdu: ölənlər var
Lənkəranda “Mersedes Vito” markalı sərnişin avtomobili TIR-la toqquşub.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan, 99-SU-026 dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iri tonnajlı yük avtomobilinin arxasına çırpılıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Mənbə
axar.az