Dünya

Avropa Təhlükəsizlik Şurası yaradılır: İştirak edə biləcək ölkələrin ADLARI

16 Sep 2026, 22:30 4 baxış
Avropa Təhlükəsizlik Şurası yaradılır: İştirak edə biləcək ölkələrin ADLARI
Avropa İttifaqı Böyük Britaniya, Kanada, Norveç, Ukrayna və digər mümkün ölkələrin iştirakı ilə Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edəcək. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində "Avropa İttifaqının vəziyyəti haqqında" illik çıxışı zamanı bildirib. Aİ Avropa Təhlükəsizlik Şurası yaratmaq istəyir və Ukrayna da bu quruma dəvət ediləcək. "Uzun müddətdir ki, qitəmizin təhlükəsizliyinə yönəlmiş liderlər formatını müzakirə edirik. Kanada, Norveç, Ukrayna, Birləşmiş Krallıq və digər tərəfdaşların iştirakı ilə", - deyə fon der Lyayen bildirib. O vurğulayıb ki, risklərin xarakteri və miqyasını nəzərə alsaq, bu məsələ hazırda daha da aktualdır. "Buna görə də Avropa Təhlükəsizlik Şurasını reallığa çevirmək üçün ideyalarımızı təqdim edəcəyik", - deyə Avropa Komissiyasının Prezidenti vəd edib. Fon der Lyayen, həmçinin bildirib ki, Aİ-nin baş diplomatı Kaya Kallasla birlikdə NATO-nun 4-cü maddəsini tamamlamalı olan Avropa İttifaqının yeni təhlükəsizlik strategiyasını təqdim edəcək. Avropa Komissiyasının Prezidenti Ukrayna üçün ABŞ istehsalı olan "Patriot" raketdən müdafiə sistemlərinin alınacağını və "Freya" layihəsi əsasında Aİ ilə birgə raket əleyhinə müdafiə sisteminin yaradılacağını vəd edib. Bundan başqa, fon der Lyayen "Avropa İttifaqının vəziyyəti haqqında" çıxışı zamanı Kanadanın Aİ-nin assosiativ üzvü olmasını təklif edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər