Digər
Ukraynaya indiyədək göstərilən yardımın həcmi açıqlandı
Münaqişənin başlanğıcından bəri Avropanın Ukraynaya göstərdiyi ümumi yardımın məbləği 220 milyard avrodan çoxdur.
Axar.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas AP-də çıxışında deyib.
Kallasın sözlərinə görə, AB və onun üzv dövlətləri Ukraynaya 78 milyard avrodan çox hərbi dəstək veriblər.
O qeyd edib ki, Kiyevə verilən 90 milyard avroluq kreditdən 60 milyard avro hərbi yardım üçün nəzərdə tutulub.
Mənbə
axar.az