İdman
Lamin Yamalın seçimi TƏƏCCÜBLƏNDİRDİ: Bu iki komandanı izləməkdən zövq alır
"Barselona"nın vingeri Lamin Yamal İspaniya La Liqası çərçivəsində matçlarını izləməkdən ən çox zövq aldığı komandaların adlarını çəkib. Oxu.Az "SPORT" nəşrinə istinadən xəbər verir ki, gənc istedadın seçimi "Vilyarreal" və "Real Betis" olub. Futbolçu bu rəğbətinin səbəblərini ətraflı izah etməsə də, əlavə edib ki, "Vilyarreal" meydanda qarşılaşmaqdan həqiqətən zövq aldığı komandadır. Bu rəğbətin ehtimal olunan səbəbi futbolçunun sözügedən rəqiblərə qarşı şəxsi statistikasında gizlənə bilər. Karyerası ərzində Lamin "Betis"ə qarşı 7 matç keçirib, bu oyunlarda heç vaxt məğlub olmayaraq 5 qələbə qazanıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Vilyarreal"a qarşı isə hücumçu 6 dəfə oynayıb: onun hesabında 4 qələbə, 2 məğlubiyyət, həmçinin 5 qol və 2 məhsuldar ötürmə var.
Mənbə
oxu.az