Cəmiyyət

Sabah bu rayonlarda işıq olmayacaq

16 Sep 2026, 23:25 4 baxış
Sabah bu rayonlarda işıq olmayacaq

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Axar.az xəbər verir ki, buna səbəb 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləridir.


Nəticədə 17 sentyabr saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd, Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər