İdman

“Qəbələ”nin yeni baş məşqçisi məlum oldu

16 Sep 2026, 22:52 4 baxış
“Qəbələ”nin yeni baş məşqçisi məlum oldu

“Qəbələ”nin yeni baş məşqçisi məlum olub.


Axar.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.


“Qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Ceton Beqiri ilə 1+2 illik müqavilə bağlayıb. 44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.


O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.


Beqiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub.


Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər