İdman
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
İspaniya Kral Futbol Federasiyası (RFEF) kişilərdən ibarət milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini 2030-cu ilədək uzadıb. Oxu.Az bildirir ki, bu barədə "AS" qəzeti RFEF prezidenti Rafael Lusana istinadən xəbər verir. Mütəxəssisin əvvəlki müqaviləsi 2028-ci ilədək nəzərdə tutulmuşdu. De la Fuentenin 65 yaşı var. O, 2022-ci ildən İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında yığma dünya çempionatının, Avropa çempionatının və Millətlər Liqasının qalibi olub.
Mənbə
oxu.az