Digər

FES 3 il sonra uçot dərəcəsini artırdı

16 Sep 2026, 23:15 2 baxış
FES 3 il sonra uçot dərəcəsini artırdı

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) yüksək inflyasiyanı cilovlamaq məqsədilə uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4 faiz diapazonuna çatdırıb.


Axar.az xəbər verir ki, bu, FES-in 2023-cü ildən bəri uçot dərəcəsini ilk dəfə artırmasıdır.


“Bugünkü qərar inflyasiyanın 2 faizlik hədəfə daha tez qaytarılmasına kömək edəcək”, – deyə qurumun açıqlamasında bildirilib.


FES-in açıqladığı proqnozlara əsasən, uçot dərəcəsi bu ilin sonunadək daha bir dəfə artırıla bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər