İdman

ÇL: “Sabah” "Mançester Yunayted"ə qarşı

10 Sep 2026, 09:27 39 baxış
ÇL: “Sabah” "Mançester Yunayted"ə qarşı

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək.


Axar.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.


"Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Görüşü Fransadan olan FİFA referisi Villi Delajo idarə edəcək.


Xatırladaq ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər