İdman

Zubir müqavilə bağladı, debüt də etdi - Foto

10 Sep 2026, 09:56 29 baxış
Zubir müqavilə bağladı, debüt də etdi - Foto

Səudiyyə Ərəbistanın “Əl-Oroba” klubu Abdulla Zubirlə müqavilə imzalayıb.


Axar.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.


Bildirilib ki, yarımmüdafiəçi 2026/2027 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.


Zubir müqavilə bağladıqdan sonra yeni komandasında debüt də edib. “Al-Rabia”ya qarşı matçda (2:2) ehtiyat heyətdə yer alan 34 yaşlı vinger sonradan matça daxil olub.


Qeyd edək ki, Fransa mediası dünən Zubirin “Əl-Oroba”ya keçidində problem yarandığını, maliyyə məsələlərinə görə onun transferinin federasiyada təsdiqlənmədiyi barədə xəbər yaymışdı.


Xatırladaq ki, Zubir “Qarabağ”a 2018-ci ildə Fransanın “Lans” klubundan transfer olunmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər