İdman
Coy-Lens Mikels: "Mançester Yunayted"i təəccübləndirə bilərik"
"Əgər öz futbolumuzu oynaya və "Mançester Yunayted" üçün oyunu bir qədər çətinləşdirə bilsək, onları təəccübləndirə bilərik". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Sabah" klubunun hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcəkləri ilk tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. Futbolçu komandasının ilk dəqiqələrdən öz oyununu sərgiləməyə çalışacağını bildirib: "Bilirsiniz ki, çətin olacaq. "Mançester Yunayted" yaxşı komandadır. Amma oyun 90 dəqiqə davam edir, görək nə olacaq".
Mənbə
oxu.az