İdman

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

09 Sep 2026, 16:30 38 baxış
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
"Qarabağ" futbol klubunda U-12 qızlardan ibarət komanda yaradılıb. Bu barədə "Qarabağ"ın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, yeni yaradılan komanda artıq məşqlərə başlayıb. UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malik Gülyana Özcanın rəhbərlik edəcəyi kollektiv oktyabr ayından etibarən U-12 Qızlar Liqasında mübarizə aparacaq. Həmçinin "Qarabağ" Qadın Futbolu Departamentinin rəhbəri vəzifəsinə Vüsal Həsənovun təyin olunduğu açıqlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər