İdman
"Araz-Naxçıvan"ın hücumçusu Burundi millisinə çağırıldı
"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Bu barədə Oxu.Az-a klubdan məlumat verilib. Futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib. Forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.
Mənbə
oxu.az