İdman

"Old Trafford"dakı tarixi matç öncəsi "Sabah"da CİDDİ İTKİ

09 Sep 2026, 15:14 40 baxış
"Old Trafford"dakı tarixi matç öncəsi "Sabah"da CİDDİ İTKİ
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq "Mançester Yunayted" - "Sabah" qarşılaşması ərəfəsində təmsilçimizin düşərgəsindəki zədəli futbolçuların son durumu məlum olub. Klubun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, komandanın fransalı müdafiəçisi Stiv Solvet zədə səbəbindən oyunu buraxacaq. Digər zədəli oyunçu Umarali Raxmonaliyev isə kollektivlə birlikdə Mançesterə səfər edib. Özbəkistanlı yarımmüdafiəçinin meydana çıxıb-çıxmayacağı baş məşqçinin matç günü verəcəyi qərardan asılı olacaq. Xatırladaq ki, həm Umarali Raxmonaliyev, həm də Stiv Solvet Azərbaycan Premyer Liqasının dördüncü turu çərçivəsində baş tutan və "Sabah"ın "Zirə" üzərində 5:0 hesablı darmadağını ilə yekunlaşan matçda zədələnərək sıradan çıxmışdılar. Qeyd edək ki, maraqla gözlənilən "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da məşhur "Old Trafford" stadionunda oynanılacaq. Futbolsevərlər bu həyəcanlı dueli Bakı vaxtı ilə saat 23:00-dan etibarən izləyə biləcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər