Dünya

ABŞ-də insident: Ohayo qubernatorluğuna namizədə hücum edildi - FOTO

07 Sep 2026, 09:56 4 baxış
ABŞ-də insident: Ohayo qubernatorluğuna namizədə hücum edildi - FOTO
Birləşmiş Ştatlarda Ohayo ştatının qubernatoru postuna Demokratlar Partiyasından irəli sürülən namizəd Emi Ektonun seçkiqabağı görüşü zamanı ona hücum edən və bu ərəfədə bir neçə nəfərə xəsarət yetirən şəxs həbs olunub. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, 38 yaşlı Patrik Havas Demokratlar Partiyasının çadırına daxil olaraq Ektonun çıxışını telefonu ilə lentə almağa başlayıb, daha sonra isə kütlənin içərisindən ona tərəf irəliləməyə cəhd edib. Keçmiş demokrat konqresmen Con Boçyari telekanala açıqlamasında bildirib ki, həmin şəxs izdihamın içindən "sürətlə keçərək" Ektona çatmaq üçün insanları itələməyə başlayıb. Nəticədə namizədin qarşısında dayanan iki yaşlı tədbir iştirakçısı yerə yıxılıb. Boçyarinin sözlərinə görə, onlardan biri yıxılarkən başından zərbə alıb. Polis əməkdaşları həmin şəxsi zərərsizləşdirərək yerə yıxıblar. Saxlanıldıqdan sonra onun üzərindən iki odlu silah və kastet aşkar edilib. Bununla belə, şerifin bildirdiyinə görə, insident zamanı kişi bu silahlardan istifadə etməyib. Şübhəli şəxsə qarşı iki hücum və bir ictimai asayişi pozma maddəsi ilə ittiham irəli sürüləcək. Ohayo ştatından olan respublikaçı senator Con Hasted baş vermiş hücumu pisləyib. "Hüquq-mühafizə orqanlarına çevik reaksiyaya görə minnətdarıq. Belə davranış yolverilməzdir və buna dözmək olmaz", - deyə telekanal onun sözlərini sitat gətirib.
ABŞ-də insident: Ohayo qubernatorluğuna namizədə hücum edildi - FOTO ABŞ-də insident: Ohayo qubernatorluğuna namizədə hücum edildi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər