Dünya

ABŞ-də "çimərlik açarları" 650 min dollara satılır

07 Sep 2026, 10:28 3 baxış
ABŞ-də "çimərlik açarları" 650 min dollara satılır
Amerika Birləşmiş Ştatlarında qeyri-adi lüks daşınmaz əmlaka tələbat artmaqdadır: sahilə çıxış hüququ verən "çimərlik açarları"ndan tutmuş tarixi malikanələrə və məşhur universitetlərin yaxınlığındakı evlərə qədər. İnvestorlar və tanınmış şəxslər eksklüziv aktivlərə sahib olmağın yeni yollarını axtarırlar. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Məlumata görə, Martas-Vinyard adasında unikal bir seqment - "çimərlik açarları" formalaşıb. Bu, üzərində tikinti aparılması qadağan edilən, lakin çimərliyə eksklüziv giriş imkanı təqdim edən sahilboyu torpaq sahəsinə mülkiyyət hüququdur. Belə "açarların" qiyməti kəskin şəkildə yüksəlir: əgər 2003-cü ildə Kuansu (Quansoo) çimərliyinə girişi 200 min dollara almaq mümkün idisə, ötən il bu rəqəm 475 min dollar təşkil edib, Henkok (Hancock) çimərliyində isə sövdələşmələr 650 min dollara çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər