Dünya
Donald Tramp bu dəfə mövcud ştatın adını dəyişmək istəyir - VİDEO
ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının Nyu-Amerika olaraq dəyişdirilməsi ilə bağlı təklifə dəstək verib. Oxu.Az xəbər verir ki, o bu barədə "Truth Social" platformasında paylaşım edib.
"Bir çoxu seçki nəticələrinin nə vaxtsa saxtalaşdırıldığı ən məşhur ştatlardan biri olan Nyu-Meksikonun adının Nyu-Amerika olaraq dəyişdirilməsini təklif edib. Bu, potensial olaraq inanılmaz olan bu ştatın sakinləri üçün daha prestijli və gözəl səslənir. Vay, bu mənim xoşuma gəlir!" - deyə paylaşımda qeyd olunub. Süni intellektin köməyi ilə yaradılmış videonun müşayiət olunduğu bu paylaşımda prezident "Village People" qrupunun "Y.M.C.A." hitinin sədaları altında rəqs edərək Nyu-Meksikodakı yol kənarında yerləşən lövhədə ştatın adını dəyişdirir.

Mənbə
oxu.az