Cəmiyyət

Bakıda ağır qəza: ölən var

07 Sep 2026, 10:55 2 baxış
Bakıda ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığında 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hunday" markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mersedes-Benz" markalı avtomobilə dəyib.


Nəticədə "Hunday" markalı avtomobil idarəetməni itirərək aşıb və yol kənarına düşüb.


Hadisə zamanı Ş.Məmmədov yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.


Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər