Cəmiyyət

Bu ekspres avtobuslara 2-ci validator quraşdırıldı

07 Sep 2026, 10:49 3 baxış
Bu ekspres avtobuslara 2-ci validator quraşdırıldı

Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.


Bu barədə Axar.az-a AYNA-dan məlumat verilib.


Sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.


Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilmişdir.

Mənbə axar.az

Oxşar Xəbərlər