Dünya

Nepalda daşqın: Ölənlərin sayı artdı

04 Sep 2026, 16:30 26 baxış
Nepalda daşqın: Ölənlərin sayı artdı
Nepalda güclü sürüşmə və daşqın nəticəsində ölənlərin sayı artıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, Nepalın Fəlakət Risklərinin Azaldılması və Aradan Qaldırılması Milli İdarəsindən məlumat verilib. Məlumata görə, daşqın nəticəsində həyatını itirənlərin sayı 1 287-yə çatıb. Təxminən 5 000 nəfər hələ də itkin düşmüş hesab edilir. 13 000-dən çox insan xilas edilib. Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 1 252 nəfər olduğu bildirilirdi. Xatırladaq ki, avqust ayının 26-da Nepalın şimal hissəsində güclü daşqın baş verib. Bu dağıdıcı fəlakətə Çin sərhədində yerləşən "Rasuvaqadhi" keçid məntəqəsinin təqribən 20 kilometr şimal-şərqində yaranan qar uçqunu yol açıb. Sürətlə axan dağ süxurları çay yatağı istiqamətində 70 kilometrdən artıq irəliləyərək yolundakı yaşayış məskənlərini məhv edib və böyük əraziləri su basmasına məruz qoyub.
Mənbə oxu.az

Oxşar Xəbərlər