İdman
Misli Premyer Liqasında IV tur başlayır: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
Bu gün Misli Premyer Liqasında IV turun oyunları başlayır. Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk görüşdə "Qəbələ" doğma meydanda "İmişli"ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Kəpəz" "Şamaxı" ilə üz-üzə gələcək. Gəncə şəhər stadionunda keçiriləcək görüş saat 20:15-də start götürəcək. 4 sentyabr Misli Premyer Liqası IV tur 18:00. "Qəbələ" - "İmişli"; 20:15. "Kəpəz" - "Şamaxı".
Mənbə
oxu.az