İdman
"Şimşək Makkuin" "Formula-1" trasına çıxacaq
"Formula-1"in İtaliyanın Montsa şəhərində keçiriləcək həftəsonu yarışında məşhur "Maşınlar" cizgi filmindəki "Şimşək Makkuin" avtomobilinin tamölçülü surəti iştirak edəcək. Oxu.Az bildirir ki, bu barədə yarışın rəsmi saytında məlumat verilib. Performans cizgi filminin 20 illiyinə həsr olunacaq. "Şimşək Makkuin" Montsa avtodromunda fəxri dövrə vuracaq. İtaliya Qran-prisi sentyabrın 6-da keçiriləcək. Qeyd edək ki, "Maşınlar" animasiyası 2006-cı ildə ekranlara çıxıb və 461 milyon dollardan çox gəlir əldə edib. "Maşınlar 2" və "Maşınlar 3" filmləri müvafiq olaraq 2011 və 2017-ci illərdə təqdim olunub.
Mənbə
oxu.az