Digər
Qərb İrəvandan Rusiya ilə viza rejimi tələb edir - KİV
Qərb Ermənistan hakimiyyətindən Rusiya ilə viza rejiminin qurulmasını tələb edir.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Məhz bu, ilkin şərtdir və bundan sonra AB bir neçə ildən sonra viza liberallaşdırılması prosesinə başlaya bilər”, - məlumatda deyilib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Rusiya vətəndaşları üçün viza tətbiq etməyi planlaşdırmadığını bildirmişdi.
Mənbə
axar.az