Dünya

Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı

04 Sep 2026, 10:44 4 baxış
Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı
Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft qiymətlərində dalğalanmalar müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:06-da Londonun ICE birjasında "Brent" markalı neftin noyabr füçerslərinin qiyməti bir barel üçün 95.51 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 0.11 dollar (0.12%) ucuzlaşaraq bir barel üçün 95.52 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin oktyabr füçersləri 0.23 dollar (0.25%) bahalaşaraq bir barel üçün 91.53 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.29 dollar (0.32%) artaraq bir bareli 91.3 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər