İdman

Millimizin baş məşqçisi ilə yollar ayrıldı

04 Sep 2026, 10:47 4 baxış
Millimizin baş məşqçisi ilə yollar ayrıldı

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evrən Alkaya ilə yollar ayrılıb.


Azərbaycan Basketbol Federasiyasından (ABF) Axar.az-a verilən məlumata görə, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.


2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət əsas milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarına rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandaların başında yer alıb.


Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023-cü və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 yığması isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər