Cəmiyyət

Kimi su tapmır, kimi də palçığa batır: Sabunçuda kollektorda QƏZA - VİDEO

04 Sep 2026, 10:36 3 baxış
Kimi su tapmır, kimi də palçığa batır: Sabunçuda kollektorda QƏZA - VİDEO
Bakının Sabunçu rayonu ərazisində içməli su kollektorunda baş verən qəza ətraf ərazilərdə ciddi subasmaya və keçilməz vəziyyətin yaranmasına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Qeyd olunub ki, Məmmədli kəndi ilə Balaxanı qəsəbəsi arasında yerləşən ana kollektorda problem yaranıb. "Kollektor bir neçə gündür daşır və ərazini su basır. Üç rayonun ana kollektor qovşağından günlərdir axan su səbəbindən ətrafda göl yaranıb", - deyə bildirilib. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər