Dünya

Ermənistanda məhkəmə həbsdə olan deputatla bağlı qərar verdi

04 Sep 2026, 01:12 32 baxış
Ermənistanda məhkəmə həbsdə olan deputatla bağlı qərar verdi
İrəvan şəhərinin Ümumi Yurisdiksiya Məhkəməsi müxalif "Ermənistan" fraksiyasından 9-cu çağırış parlamentinə yeni seçilmiş deputat Artur Sarkisyanın ev dustaqlığı müddətinin daha iki ay uzadılması barədə qərar qəbul edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, ittiham tərəfi onu "konstitusiya quruluşunu devirmək üçün terror aktlarının hazırlanması" maddəsi ilə təqsirləndirir. Xatırladaq ki, 2025-ci il iyulun 8-də Ermənistan parlamenti gizli qapalı səsvermənin yekunlarına əsasən, Sarkisyanı əvvəlcə toxunulmazlıqdan məhrum edib, sonra isə onun həbsinə icazə verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər