Dünya
Ermənistanda Metsamor AES təmirdən sonra fəaliyyətini bərpa etdi
Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) beş aylıq planlı təmirdən sonra fəaliyyətini bərpa edərək ölkənin vahid enerji sisteminə qoşulub. Oxu.Az Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyan bildirib. "Planlı-profilaktik təmir işlərinin uğurla başa çatmasından sonra 2026-cı il sentyabrın 1-də Ermənistan AES-in 2 №-li enerji bloku yenidən işə salınıb və ölkənin vahid enerjisisteminə qoşulub", - deyə nazir sosial şəbəkələrdə yazıb. AES-in planlı təmiri aprelin 1-də başlayıb və müəyyən edilmiş qrafikə uyğun olaraq 153 gün davam edib. Qeyd edək ki, Metsamor AES Ermənistanda elektrik enerjisi istehsalının təxminən üçdəbirini təmin edir.
Mənbə
oxu.az