Dünya

ABŞ-nin İrana zərbələri: Həlak olan hərbçilərin sayı açıqlandı - FOTO

03 Sep 2026, 21:12 33 baxış
ABŞ-nin İrana zərbələri: Həlak olan hərbçilərin sayı açıqlandı - FOTO
ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində daha altı İran hərbçisi həlak olub. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, sentyabrın 1-də ABŞ-nin İranın cənubundakı hədəflərə endirdiyi zərbələr nəticəsində Hərbi Dəniz Qüvvələrinin altı üzvü öldürülüb. Daha əvvəl isə həmin hücumlarda İranın hərbi hava və dəniz qüvvələrinin üç pilotu həlak olmuşdu. Xatırladaq ki sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər verib. İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla ABŞ-nin hərbi bazalarına zərbələr endirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər