Dünya
Amerika hərbçiləri üçün səkkiz aylıq əzab başa çatdı: "Abraham Lincoln" limana yan aldı - VİDEO
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Abraham Lincoln" aviadaşıyıcısı səkkiz aydan çox davam edən fasiləsiz hərbi növbətçilikdən sonra ilk dayanacağını etmək üçün Tailanda gedib. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Nəhəng gəmi ABŞ-nin hərbi bazasının yaxınlığında yerləşən Pattaya limanına daxil olub. Bir müddət əvvəl "Military Times" nəşri "Abraham Lincoln" gəmisindəki bir neçə hərbçinin canına qəsd etdiyi barədə məlumat yaymışdı. Dənizçilərin emosional qeyri-sabitliyinin əsas səbəbləri kimi həddindən artıq iş yükü, fiziki tükənmə və depressiv vəziyyət göstərilirdi. "MS Now" telekanalı isə qeyd edib ki, təyyarədaşıyan gəminin uzunmüddətli səfəri kondisionerlər, isti su və sanitar qovşaqlarla bağlı ciddi problemlərə yol açıb. Həmçinin, bu ağır şəraitin təyyarələrin havaya qalxması və enməsi üçün nəzərdə tutulan avadanlıqların işlək vəziyyətinə mənfi təsir göstərə biləcəyi də vurğulanıb.

Mənbə
oxu.az