Dünya

ABŞ-İran gərginliyi fonunda neft BAHALAŞIR

02 Sep 2026, 10:28 4 baxış
ABŞ-İran gərginliyi fonunda neft BAHALAŞIR
ABŞ-nin İrana endirdiyi yeni zərbələr və rəsmi Tehranın buna cavab olaraq həyata keçirdiyi hücumlar səbəbindən neftin qiymətində artım tendensiyası davam edir. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında "Brent" markalı neftin noyabr füçerslərinin qiyməti 0.87 dollar (0.92%) artaraq bir barel üçün 95.52 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 4.16 dollar (4.6%) bahalaşaraq bir barel üçün 94.65 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin oktyabr füçersləri 0.44 dollar (0.49%) bahalaşaraq bir barel üçün 90.66 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 4.46 dollar (5.2%) artaraq bir bareli 90.22 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər