Cəmiyyət

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur?

02 Sep 2026, 10:52 4 baxış
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur?
Kəlbəcərin İstisu ərazisində insanların təbii isti mineral sularda çimdiyini əks etdirən görüntülər son günlər sosial şəbəkələrdə geniş yayılıb. Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, həmin paylaşımlar İstisunun mineral bulaqlarından istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşları əsasən əraziyə giriş üçün əvvəlcədən qeydiyyat və ya xüsusi icazənin tələb edilib-edilməməsi, eləcə də çimməyin ödənişli olub-olmaması maraqlandırır. Məsələ ilə bağlı Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, hazırda İstisunun isti mineral sularında çimməklə bağlı hər hansı xüsusi qayda və ya məhdudiyyət tətbiq edilmir: "Vətəndaşlar buradan sərbəst və ödənişsiz istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək və ya xüsusi icazə almaq tələb olunmur".
Mənbə oxu.az

Oxşar Xəbərlər