Dünya

Ermənistanın keçmiş naziri həbs edildi

02 Sep 2026, 11:00 3 baxış
Ermənistanın keçmiş naziri həbs edildi
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri və keçmiş maliyyə naziri Qaqik Xaçatryanın barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Oxu.Az-ın erməni mediasına istinadən xəbərinə görə, Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumatı təsdiqləyib. Qaqik Xaçatryan xüsusilə külli miqdarda rüşvət almaqda, çirkli pulların yuyulmasında və qanunsuz əmlak əldə etməkdə ittiham olunur. Cinayət işi çərçivəsində müstəntiqlər Xaçatryanın və onun oğlunun yaşayış yerlərində, eləcə də onlarla əlaqəli 20-dən çox şirkətin ofislərində və filiallarında axtarışlar və digər prosessual əməliyyatlar həyata keçiriblər. Xatırladaq ki, ötən gün Qaqik Xaçatryan saxlanılmış və barəsində cinayət işi açılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər