Dünya
Qızıl ucuzlaşmaqda davam edir
"Comex" birjasında dekabr ayı üçün nəzərdə tutulan qızıl füçerslərinin dəyəri 7 avqust 2026-cı ildən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 4 350 dollardan aşağı düşüb. Oxu.Az ticarət platformasının məlumatlarına istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 05:51-ə olan göstəricilərə görə, qiymətli metalın qiyməti 3.08% ucuzlaşaraq bir trua unsiyası üçün 4 343.6 dollar təşkil edib. Saat 06:10-a füçerslərin ucuzlaşma tempində sürətlənmə müşahidə olunub və bir trua unsiyasının dəyəri 4 337.5 dollar (-3.21%) səviyyəsində qərarlaşıb.
Mənbə
oxu.az