Cəmiyyət

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

31 Aug 2026, 12:02 13 baxış
Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Ermənistanın Rusiyanı müttəfiq kimi tanımaması ölkəmizlə çiyin-çiyinə addımlamaq istəməməsinə haqq qazandırmaq cəhdidir.


Axar.az xəbər verir ki, bunu rusiyalı senator Vladimir Cabarov deyib.


“Ermənistan hökumətinin 2026–2031-ci illər üçün proqramında Rusiya artıq ölkənin strateji müttəfiqləri sırasında göstərilmir. İrəvan bunu KTMT-nin guya 2021–2023-cü illərdə Qarabağda gərginlik dövründə təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırır. Belə bəyanat AB ilə şübhəli əlaqələrin gücləndirilməsinə və bunun ardınca Ermənistan iqtisadiyyatı üçün böyük itkilərlə nəticələnə biləcək Aİİ-dən çıxmağa haqq qazandırmaq cəhdidir. Bu, səhvdir. Əslində, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan özü rəsmi olaraq Qarabağı müdafiə etməyib və məhz bu münaqişə ilə bağlı KTMT-yə yardım üçün müraciət etməyib. Rəsmi müraciət olmadan heç kim müdaxilə etməyəcək. 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələr zamanı isə Prezident Tokayev rəsmi olaraq yardım istəyib və bu yardım dərhal göstərilib”, – o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər