Cəmiyyət
Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - Video
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan biri bildirib ki, hadisə yerinə çatanda evin tüstü içində olduğunu görüb: "Gördüm ki, millət doludur. Tüstüdən kimin kim olduğunu görmək olmurdu. Qadın qapqara idi, təpədən dırnağa yanmışdı. Qapı da qıfıllı idi. Kimin açdığı bilinmirdi. Qadının həyat yoldaşı çöldə idi, qışqırırdı ki, evimiz yanır".
Qonşular mərhum Nüşabə Hüseynovanı mehriban və zəhmətkeş biri kimi xarakterizə ediblər. Onun ailəsinə, xüsusilə də övladlarına bağlı olduğu bildirilib. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Musa qızı Hüseynova həyatını itirib. FHN-in məlumatına görə, üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə bir kvadratmetr sahədə yanıb. İlkin iddialara görə, 22 yaşlı Elyar Hüseynli evdə anası Nüşabə Hüseynovanın üzərinə benzin tökərək onu qəsdən yandırıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə
oxu.az