İdman

Canlı yayımda istefasını açıqladı, klub qəbul etmədi

28 Aug 2026, 11:16 24 baxış
Canlı yayımda istefasını açıqladı, klub qəbul etmədi

Türkiyənin "Trabzonspor" klubunun rəhbərliyi baş məşqçi Fateh Tekkenin istefasını qəbul etməyib.


Axar.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


F.Tekkenin Türkiyə Superliqanın növbəti turunda, "Amedspor"la matçda işinin başında olacağı açıqlanıb.


Qeyd edək ki, 48 yaşlı mütəxəssis Macarıstanda "Ferentsvaroş"a 4 cavabsız qolla uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra canlı yayımda vəzifəsindən ayrıldığını açıqlamışdı.


Xatırladaq ki, "Trabzonspor" UEFA Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər