İdman

Ronaldo toyundan sonra ilk qolunu vurdu

21 Aug 2026, 23:03 1 baxış
Ronaldo toyundan sonra ilk qolunu vurdu

"Əl-Nəsr"in hücumçusu Kristiano Ronaldo toyundan sonra ilk qolunu vurub.


Axar.az xəbər verir ki, oyunçu Səudiyyə Ərəbistanı Premyer Liqasının ikinci turunda “Ər-Riyad”la oyunda (4-0) qola imza atıb.


Hücumçu bu mövsüm ilk dəfə "Ən-Nəsr"in heyətində meydana çıxıb. Portuqaliyalı ulduz 62-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub və 83-cü dəqiqədə fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib.


Bu, 41 yaşlı Ronaldunun klub və milli komandadakı oyunları nəzərə alınmaqla karyerasında 977-ci qolu olub.


Qeyd edək ki, Ronaldo 11 avqustda Georgina Rodrigeslə nikaha daxil olub. Futbolçu Rodrigeslə 2016-cı ildən münasibətdədir və cütlüyün iki övladı var.

Mənbə axar.az

Oxşar Xəbərlər