ABŞ mediası Azərbaycanda tapılan sirli kürədən yazır
Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub.
Axar.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova məlumat verib.
Məqalədə daş kürənin Cənubi Qafqazda indiyə qədər tapılmış heç bir əşyaya bənzəmədiyinə diqqət çəkilib və onun ritual funksiyası daşımış ola biləcəyi bildirilib.
Xatırladaq ki, tapıntı iyul ayında Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.
Daha əvvəl sözügedən tapıntı barədə Böyük Britaniyanın elmi-populyar nəşrlərindən biri olan "Heritage Daily"də məqalə yayımlanmışdı.