Dünya
İrandan ABŞ-nin dəniz blokadası fonunda SƏRT HƏDƏ: "Tarixi və unudulmaz dərs verəcəyik"
Tehran ABŞ-nin dəniz blokadası fonunda açıq dənizdə düşmənlərinə tarixi dərs vermək niyyətindədir. Oxu.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Şəhram İrani bəyan edib. "Silahlı Qüvvələr yaxın vaxtlarda açıq dənizdə düşmənlərə böyük, tarixi və unudulmaz bir dərs verəcək", - deyə o bildirib. İrani həmçinin Hörmüz boğazının şərq hissəsinin və Oman körfəzinin İranın tam nəzarəti altında olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkənin hərbi dəniz qüvvələri regiondan kənar düşmən qüvvələrinin fəaliyyətini sutka ərzində fasiləsiz izləyir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər