Arda Turanın “Şaxtyor”u ÇL üçün ev stadionunu seçdi
Ukraynanın “Şaxtyor” klubu 2026/27 mövsümündə UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını Londonda keçirəcək.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Çelsi”nin rəsmi saytı məlumat yayıb.
Donetsk təmsilçisi rəqiblərini “Stemford Bric” stadionunda qəbul edəcək.
London klubunun açıqlamasında bildirilib:
“2025/26 mövsümünün “Çelsi” üçün məyusedici keçməsini və komandanın avrokuboklara vəsiqə qazana bilməməsini nəzərə alaraq, klub “Şaxtyor”a Çempionlar Liqası çərçivəsində Böyük Britaniyanın paytaxtı Londonda oynamaq imkanı yaratmaqdan məmnundur. “Şaxtyor” daha əvvəl Avropanın müxtəlif şəhərlərində, o cümlədən Almaniyanın Hamburq və Polşanın Varşava şəhərlərində çıxış edib. Qarşıdakı mövsümdə “Şaxtyor” Londonda, “Stemford Bric” stadionunda oynayacaq”.
Qeyd edək ki, “Çelsi” ötən mövsüm İngiltərə Premyer Liqasını 52 xalla 10-cu pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.