Digər
Liviyada güclü partlayış baş verdi
Liviyanın şimal-qərbində Misrata şəhərindəki hərbi qruplaşmaya məxsus silah anbarında güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Vasat” xəbər agentliyinin verdiyi məlumatda deyilir.
Bildirilib ki, anbarda baş verən partlayışdan dolayı ətraf ərazilərə raket və sursat dağılıb. Partlayışın səbəbi və mümkün itkilər barədə hələlik məlumat verilməyib.
Xəbər agentliyinin mənbələrinə görə, silah anbarı “Əl-İsar” Briqadasına məxsusdur.
Mənbə
axar.az