Kriminal
İmişlidə avtomobilin vurduğu piyada öldü
İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə saat 22 radələrində İmişli rayonu Qaralar kəndi ərazisində qeydə alınıb.
Mürşüd Babaşov idarə etdiyi "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada Kamilə Qurbanovanı vurub, idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az