İdman

İki qadın güləşçimiz dünya çempionatında gümüş medal qazanıb

21 Aug 2026, 21:54 2 baxış
İki qadın güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir. Oxu.Az xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib. Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Ono ilə qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib - 6:16. Beləcə Günay dünya ikincisi olub. Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisi ilə üz-üzə gəlib. Sae Noquçi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabı ilə məğlub olan Ruzanna gümüş medalı boynundan asıb. Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub - 5:11.
Mənbə oxu.az

Oxşar Xəbərlər