Dünya

Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO

21 Aug 2026, 18:44 3 baxış
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Perm diyarı üzrə İdarəsi rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinən əcnəbi vətəndaşın saxlanıldığını bildirib. Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, söhbət Azərbaycan vətəndaşı Ruslan Məmməd oğlu Məmmədovdan gedir. O, avqustun 19-da Perm Vilayət Məhkəməsində oktyabrın 7-dək uzadılmış həbs qətimkan tədbirindən verdiyi şikayətin təmin edilməsinə nail ola bilməyib.

Xüsusi xidmət orqanının məlumatına görə, əslən azərbaycanlı olan və milli diasporun rəhbərlərindən biri kimi tanınan şəxs pul müqabilində hüquq-mühafizə orqanlarının hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş əməkdaşları vasitəsilə Perm sakini barəsindəki cinayət təqibinin qanunsuz olaraq dayandırılmasını təklif edib. Hazırda İstintaq Komitəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin "rüşvətxorluqda vasitəçilik" maddəsi üzrə cinayət işi qaldırılıb və istintaq aparılır. FTX-dən həmçinin bildirilib ki, Məmmədovun Rusiya ərazisinə girişi 2076-cı il iyunun 4-dək qadağan edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər