Dünya

Slovakiyada güclü külək: Minlərlə ev elektriksiz qaldı - VİDEO

21 Aug 2026, 18:52 2 baxış
Slovakiyada güclü külək: Minlərlə ev elektriksiz qaldı - VİDEO
Slovakiyanın qərb bölgələrində əsən şiddətli külək səbəbindən 8 600-ə yaxın ev elektriksiz qalıb. Oxu.Az xəbər verir ki, bu məlumatı "Dennik N" xəbər portalı yayımlayıb.

Enerji şəbəkəsinin operatorları bölgədə bir gecə ərzində sözügedən ərazidə 400 qəza halının qeydə alındığını açıqlayıblar. Elektrik enerjisinin kəsilməsi halları ən çox paytaxt Bratislava, eləcə də Nitra və Dunayska-Streda şəhərlərində müşahidə edilib. Güclü küləyin təsiri ilə elektrik enerjisi sisteminin naqilləri qırılıb. Qəzalar, həmçinin küləyin qırdığı ağacların aşaraq transformator stansiyalarını sıradan çıxarması nəticəsində baş verib. Həmçinin bildirilir ki, aşan ağaclar küçələrdə park edilmiş bir neçə avtomobilə də ziyan vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər