Digər
ABŞ-da yeni aviadaşıyıcıya Trampın adı verilə bilər
ABŞ-da yeni inşa olunan aviadaşıyıcıya Donald Trampın adı verilə bilər.
Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.
Məlumata görə, əvvəlcə aviadaşıyıcıya ABŞ-ın Hərbi-dəniz xaçı ilə təltif olunan ilk qaradərili matrosu Doris Millerin adını vermək istəyiblər.
Hazırda ölkənin Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi aviadaşıyıcıya Trampın adının verilməsi məsələsinə baxır.
Mənbə
axar.az