Dünya

Ukrayna üçün "qara qış": Ölkə Rusiyanın raketlərindən qoruna bilməyəcək? - VİDEO

21 Aug 2026, 19:20 1 baxış
Ukrayna üçün "qara qış": Ölkə Rusiyanın raketlərindən qoruna bilməyəcək? - VİDEO
Baku TV-nin "Hərbi Xronika" verilişinin budəfəki buraxılışında Rusiya-Ukrayna müharibəsində Kiyevin hava hücumundan müdafiə imkanları, "Patriot" raketlərinin çatışmazlığı və Ukraynanın bu problemdən çıxmaq üçün həyata keçirdiyi yeni strategiyalar təhlil olunub. Bildirilib ki, Rusiyanın artan raket və PUA zərbələri fonunda Ukraynanın ballistik raketlərə qarşı əsas müdafiə vasitəsi olan "Patriot" sistemlərinin "PAC-3 MSE" raketləri tükənmək üzrədir. ABŞ-də istehsalın artırılması planlaşdırılsa da, illik 2 min raketlik gücə yalnız 2030-cu ilin sonunda çatılması gözlənilir.

Qeyd olunub ki, SAMP/T, NASAMS və IRIS-T kimi sistemlər, eləcə də interseptor dronlar "Patriot" çatışmazlığının müəyyən hissəsini kompensasiya edə bilər. Bununla yanaşı, Ukrayna Rusiyanın raket istehsal və saxlanma imkanlarını zəiflətmək üçün "Flamingo", "FP-1" və "FP-2" kimi uzaqmənzilli silahlardan istifadə edir. Vurğulanıb ki, Kiyev paralel olaraq yerli ballistik və antiballistik sistemlər yaratmağa çalışır. Lakin bütün bu tədbirlərə baxmayaraq, qarşıdakı qış aylarında "Patriot" raketlərinin çatışmazlığı Ukraynanın hava hücumundan müdafiəsi qarşısında ciddi risk olaraq qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər